Azərbaycan birinciliyində 1/4 finalçılar müəyyənləşdi
- 20 Dek 2022 12:30
- 444
Gənc boksçular arasında Azərbaycan birinciliyi davam edir.
Rekord.az xəbər verir ki, Boks Mərkəzində 58 komandanın qatıldığı yarışın dördüncü günündə 32 qarşılaşma ilə 1/8 final mərhələsi başa çatıb.
Daha 3 çəki dərəcəsində 1/4 finalçılar bəlli olduğu halda, 2 çəkidə yarımfinalçılar müəyyənləşib. 75 kq və 80 kq-da mərhələ adlayan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər.
Yarışın dördüncü günündə yeniyetmə və gənc qızlar, həmçinin qadın boksçuların da Azərbaycan çempionatı başlayıb. Onlar yarımfinalda mübarizə aparıblar. Baş tutan görüşlərdən sonra finalçılar bəlli olub.
Birinciliyin beşinci günündə döyüşlər saat 13:00-da başlanacaq.
Qeyd edək ki, yarışın qalibləri dekabrın 22-də bəlli olacaq.
Azərbaycan birinciliyi
Oğlanlar
1/8 final mərhələsi
48 kq
Ayaz Tağızadə (“Təhsil” RİM) – Pərvin Məmmədzadə (AzTU) – birinci döyüşə gəlməyib
Seymur Kərimzadə (“Təhsil” Sumqayıt) – Hüseyn Nəsimli (Zaqatala) – 5:0
İlkin Qasımov (“Qara papaq” İK) – Hafiz Əsədullayev (DGK İK) – ikinci tam üstünlüklə qalib gəlib
Toğrul Əzimov (Sumqayıt) – Rauf Məmmədov (Gəncə) – ikinci tam üstünlüklə qalib gəlib
Aslan Sarıyev (“Neftçi” İK) – Aqşin Orucov (UGM-11) – 5:0
İslam Ocaqquliyev (DİN İK) – Dursun Nağıyev (“Qızıl əlcək” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Nicat Vəliyev (Göygöl) – Sabir Dadaşov (UGİM-1) – 0:4
Ramal Yolçuyev (“Qəbələ” İK) – Nihat Əsgərov (Masallı) – 5:0
63,5 kq
Məhəmməd Quliyev (Gəncə) – Əli Vəliyev (888 BK) – birinci tam üstünlüklə qalib gəlib
Elçin Şahbazlı (“Neftçi” İK) – Emin Seydayev (“Səbail” İK) – 3:1
Şəhriyar Qafarov (“Səbail” İK) – Əli Şükürov (“Kür” İK) – birinci tam üstünlüklə qalib gəlib
Cavidan Sərdarov (Sumqayıt) – Aslan Quliyev (“Təhsil” RİM) – 0:5
İsmayıl İsmayılzadə (“Qızıl əlcək” İK) – Zakir Bağırov (Şirvan) – 0:3
Məmməd Vəliyev (Şəmkir) – Şakir Cəbrayılov (Ağsu) – 0:5
Ayxan Zeynallı (Mingəçevir) – Tural Məmmədli (DGK İK) – 1:4
Osman Ağayev (“Spartak” İC) – Tamerlan Əliyev (“Zabit” İK) – 0:3
71 kq
İsrail Namazov (Sumqayıt) – Vüsal Həsənov (888 BK) – ikinci döyüşə gəlməyib
İsmayıl Hümmətov (DGK İK) – İbrahim İsayev (Ağdaş) – birinci döyüşə gəlməyib
Elnur Abdullazadə (Tərtər) – Emil Xanəhmədli (UGM-1) – 5:0
Elsun Mayılov (Biləsuvar) – Xəyal Qurbanlı (“Təhsil” RİM) – ikincin tam üstünlüklə qalib gəlib
Əhməd Bəhramzadə (AzTU) – Əyyub Allahquliyev (“Lokomotiv” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Elmar Rəhmanov (Cəlilabad) – Bilal Məmmədli (Pirşağı-Kürdəxanı) – ikinci döyüşə gəlməyib
İbrahim Nəcəfov (“Qəbələ” İK) – İbrahim Aslanlı (Masallı) – birinci tam üstünlüklə qalib gəlib
Ziya Həsənov (Z-1 İK) – Ramiz Haqverdiyev (“Sərhədçi” İK) – ikinci döyüşə gəlməyib
1/4 final mərhələsi
75 kq
Çingiz Abdullayev (“Lokomotiv” İK) – Məhəmməd Babayev (Ağsu) – ikinci döyüşə gəlməyib
Əzizağa Məmmədov (“Neftçi” İK) – Fərhad Şeydayev (“Qəbələ” İK) – birinci döyüşə gəlməyib
Əliheydar Məmmədov (BFL) – Dədəkişi Kazımov (Astara) – birinci döyüşə gəlməyib
Rəvan Cəfərov (“Təhsil” RİM) – Nazir Məmmədov (MOİK) – ikinci tam üstünlüklə qalib gəlib
80 kq
Cəfər Hüseynov (“Qəbələ” İK) – Firudin Vəliyev (BFL) – 0:5
Nihat Almazov (Sumqayıt) – Yusif Muxtarov (DİN İK) – 1:4
Nemət Namazov (Laçın) – Rəvan Rzayev (“Sərhədçi” İK) – birinci qalib gəlib
Elhat Babayev (DGK İK) – İlfan Xəlilli (Tərtər) – ikinci tam üstünlüklə qalib gəlib
Yeniyetmə qızlar
Yarımfinal
44 kq
Zeynəb Hüseynzadə (Astara) – Jalə Ələkbərova (“Qızıl əlcək” İK) – ikinci tam üstünlüklə qalib gəlib
48 kq
Aysu Mikayılova (Sumqayıt) – Tuncay Məmmədova (Tovuz) – birinci tam üstünlüklə qalib gəlib
50 kq
Fidan Həmidova (Şabran) – İnci Məcidli (Sumqayıt) – 0:5
Cəmilə Sultanlı (Sumqayıt) – Mənsurə Abdullayeva (Qazax) – 3:2
63 kq
Özləm Həsənova (DGK İK) – Gülay Mirzəyeva (Tərtər) – 5:0
Gənc qızlar
54 kq
Gülay Hümbətova (Naxçıvan MR) – Bəhiyyə İbrahimova (DİN İK) – 0:5
Qadınlar
48 kq
Günel Rəhimova (DİN İK) – İlahə Ağamirzəyeva (“Neftçi” İK) – 5:0
Mehparə Məmmədova (“Səbail” İK) – Rahibə İsmayılova (“Qızıl əlcək” İK) – 1:4
57 kq
Məhsəti Həmzəyeva (“Qəbələ” İK) – Fatimə Məmmədova (NMH BK) – birinci tam üstünlüklə qalib gəlib