U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin qarışıq komanda yarışı keçirilib. 

Rekord.az xəbər verir ki, yarışlarda 8 komandadan 72 idmançı medallar uğrunda mübarizə aparıb.

Qızlar -48 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, oğlanlar isə -60 kq., -81 kq. və +81 kq. çəki dərəcələrində güclərini sınayıblar.

Yarışın final görüşü Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ilə "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi arasında keçirilib. "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.

Bakı şəhəri 13 nömrəli İOEUGİM 2 və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi üçüncü yerləri bölüşüblər.

Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:

1. "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

2. Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

3. Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 2

3. Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

5. Neftçi İdman Klubu

5. Gəncə - Daşkəsən Regional Gənclər və İdman İdarəsi

7. Bakı şəhəri 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

7. Gömrükçü İdman Sağlamlıq Mərkəzi