Bu gün gənc boksçular arasında Azərbaycan birinciliyinə start verilib.

Rekord.az xəbər verir ki, çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 48 komanda mübarizə aparır.

10 çəki dərəcəsi üzrə baş tutacaq yarış Boks Mərkəzində təşkil olunacaq. Birincilikdə 147 boksçu gücünü yoxlayacaq.

6 gün davam edəcək çempionatda final döyüşləri fevralın 8-də baş tutacaq.