Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi
- 15 İyl 2024 14:45
- 232
Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyası (ABF) tərəfindən təşkil olunan Pool 9 intizami üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib.
Rekord.az ABF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış 12-19 yaş qrupu arasında keçirilib.
Qızıl medalı Ədalət Məmmədov qazanıb. Rəvan İbrahimli gümüş, Abbas Cəfərov və Süleyman Babayev isə bürünc medal sahibi olub.
Tədbir gənclərin idmana marağını artırmaq və onların bacarıqlarını üzə çıxarmaq məqsədilə təşkil olunub.