
Azərbaycan boksçuları Bolqarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
- 21 Fev 2025 18:40
- 56
Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək “Strandja” turnirində iştirak edəcəklər.
Rekord.az xəbər verir ki, 7 gün davam edəcək yarışda yığmanın heyətində 15 idmançı mübarizə aparacaq.
Məşqçilər korpusu Nicat Hüseynov, Yadigar Əliyev (hər ikisi 51 kq), Amin Məmmədzadə (54 kq), Zəlimxan Süleymanov (57 kq), Maqsud Xasmetov (60 kq), Malik Həsənov, Ruslan Rüstəmov (hər ikisi 63,5 kq), Nəbi İsgəndərov, Zaur Qəhrəmanov (hər ikisi 67 kq), Sərxan Əliyev, Nicat Həsənov (hər ikisi 71 kq), Rasim Çobanlı, Mirşərif Kazımzadə (hər ikisi 75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcək.
Turnirdə ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.
Qeyd edək ki, yarış fevralın 24-də start götürəcək.