Azərbaycan boksçuları yeni ildə ilk dəfə bir araya gəldi
- 06 Yan 2020 19:00
- 1114
Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.
Rekord.az xəbər verir ki, komandamızın baş məşqçisi Umberto Orta Dominqes hazırlığa 18 boksçu dəvət edib.
Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı yanvarın 12-də başa çatacaq. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək.
Toplanış yanvarda Tailandda baş tutacaq beynəlxalq yoldaşlıq görüşlərinə (təlim-məşq toplanışına) və Türkiyədə keçiriləcək Əhməd Comərdin xatirəsinə həsr olunmuş turnirə hazırlıq xarakteri daşıyır.