Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa kubokuna yekun vurulub.

Rekord.az xəbər verir ki, Azərbaycan millisi 29 ölkədən 156 idmançının qatıldığı yarışı 1 gümüş və 4 bürünc medalla başa vurub.

63,5 kq çəkidə Malik Həsənov finalda Qabil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Zədəli olan təmsilçimiz sonadək mübarizə aparsa da, yekunda rəqib qalib gəlib. Həsənov Avropa kubokunu gümüş medalla başa vurub.

Ondan öncə Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Mirşərif Kazımzadə (75 kq) bürünc medala yiyələnib.