Azərbaycan boksçularından beynəlxalq turnirdə 7 medal
- 09 İyl 2023 20:00
- 325
Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub.
Komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.
Yığma iyulun 10-da Bakıya qayıdacaq.