Azərbaycan boksçularından ilin ilk yarışında 7 medal
- 22 Yan 2024 10:45
- 263
Azərbaycan millisi Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər Kubokunda 7 medal qazanıb.
Rekord.az xəbər verir ki, yığma ilin ilk yarışını 3 qızıl, 1 gümüş və 3 bürünc mükafatla başa vurub.
Məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi komandada Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) gənclər arasında birinci olublar. Onlar finalda müvafiq olaraq, Ema Ancela Zaja (Xorvatiya), Yekaterina Kornilova və Kira Leonovanı (hər ikisi Rusiya) məğlub ediblər.
Böyüklərin yarışında Aynur Rzayeva (81 kq) həlledici görüşdə xorvatiyalı Lusiya Bilobrka uduzaraq, ikinci yeri tutub.
Digər boksçularımızdan Marjona Savriyeva (50 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) bürünc medala sahib olublar.
Yığmamız bu nəticə ilə komanda hesabında 3-cü yeri tutub. Emili Rzayeva isə öz yaş qrupunda ən yaxşı boksçu nominasiyasının qalibi olub.
Qeyd edək ki, Millətlər Kubokunda 10 ölkədən 102 boksçu mübarizə aparıb.