Azərbaycan boksçularının Paris-2024-də rəqibləri müəyyənləşdi
- 26 İyl 2024 15:30
- 437
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb.
Rekord.az xəbər verir ki, püşkə əsasən Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.
Millimiz yarışda 5 kişi boksçu ilə mübarizə aparacaq. Olimpiadada bu növ üzrə döyüşlər iyulun 27-də başlayacaq və avqustun 11-də yekunlaşacaq.
1/8 final
28 iyul
92 kq
Alfonso Dominqes – Xulio Sesar la Krus (Kuba)
29 iyul
63,5 kq
Malik Həsənov – Laşa Quruli (Gürcüstan)
92 kq
Məhəmməd Abdullayev – Nelvi Tiafak (Almaniya)
30 iyul
51 kq
Nicat Hüseynov – Yunior Alkantara Reyes (Dominikan Respublikası)
80 kq
Murad Allahverdiyev – Abdelrahman Abdelqavvad (Misir)
Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.