Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub. 

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Elbrus Kərimli ardıcıl 3-cü döyüşünü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.

54 kq çəkidə mübarizə aparan boksçu 1/4 finalda Mirboran Yıldırımdan (Türkiyə) güclü olub. O, qardaş ölkə təmsilçisinə 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

Kərimli yarımfinal yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. Boksçumuz finala gedən yolda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gələcək.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin yarımfinalında İlkanə Əhmədova (+80 kq) da mübarizə aparacaq. O, rumıniyalı Denisa Manu ilə döyüşəcək.