Azərbaycan boksçusu Avropa kubokuna qələbə ilə başlayıb
- 09 Okt 2023 18:50
- 360
Azərbaycan boksçusu Şamil Əskərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokuna qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığma üzvü türkiyəli Batuhan Ciftçini mübarizədən kənarlaşdırıb.
O, rəqibini 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əskərov 1/4 finalda ispaniyalı Qabriel Eskobarla döyüşəcək. Görüş oktyabrın 11-də olacaq.
Rauf Rəhimov (92 kq) isə Emmanuel Reyeslə (İspaniya) qarşılaşıb və rəqib mərhələ adladığından boksçumuz yarışla vidalaşıb.
29 ölkədən 156 boksçunun qatıldığı Avropa kubokunun ikinci günü Azərbaycanın 3 idmançısı rinqə çıxacaq.