Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin yarışında 81 kq çəki dərəcəsində yarışan boksçular mükafatlandırılıb.

Rekord.az xəbər verir ki, bürünc medal qazanan Azərbaycan təmsilçisi Alfonso Dominges də mükafatına qovuşub.  Ona rusiyalı İmam Xatayevlə birlikdə bürünc medal təqdim edilib.

Kubalı Arlen Lopez qızıl, Benjamin Uittaker (Böyük Britaniya) isə gümüş medal qazanıb.