Avropa olimpiya təsnifat turnirində iştirak edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, Niderlandda təşkil olunan yarışda komandamız ikinci görüşünü Bolqarıstana qarşı keçiriəcək.

Voleybolçularımız ilk oyunda meydan sahiblərinə uduzublar. Vasif Talıbovun yetirmələrinin bu dəfə məğlubiyyətin əvəzini çıxamağa çalışacaqlar.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

Avropa olimpiya təsnifat turniri

A qrupu

II tur

   19:00 Bolqarıstan - Azərbaycan