24-26 iyun aralığında Monqolustanın paytaxtı Ulan-Bator şəhərində “Böyük Dəbilqə” turniri keçiriləcək.

Rekord.az xəbər verir ki, Azərbaycanı bu turnirdə bir xanım cüdoçu təmsil edəcək.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, -48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva bu turnirdəki yeganə təmsilçimiz olacaq.

Turnirə dünyanın 30 ölkəsindən 272 idmançı qatılacaq.