Azərbaycan çempionatı keçiriləcək
- 07 Noy 2019 15:20
- 1288
Noyabrın 22-dən 24-dək Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında karate üzrə 20-ci Respublika birinciliyi, böyüklərin isə 27-ci Azərbaycan çempionatı keçiriləcək.
Rekord.az xəbər verir ki, Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, həmçinin böyüklər mübarizə aparacaq. Kişi və qadınlar 22 noyabrda, 12-13 yaşlı uşaqlar və 14-15 yaşlı yeniyetmələr ertəsi günü, 16-17 və 18-21 yaşadək gənclər isə bazar günü çempionata qatılacaq.
Respublika çempionatının mükafatçıları müxtəlif yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunmaqla, növbəti ildə yarışlarda Azərbaycanı təmsil edəcəklər.
Noyabrın 21-də, saat 15:00-da isə hakimlər və məşqçilər üçün növbəti respublika seminarı keçiriləcək. Hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi altında seminarda qaydalarda dəyişikliklər və yeniliklərlə bağlı məlumat veriləcək.