Azərbaycan çempionatı keçiriləcək
- 10 İyl 2022 14:30
- 542
12-14 iyulda U-23 qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı təşkil olunacaq.
Rekord.az xəbər verir ki, ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 400-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqlar.
Üç gün davam edəcək çempionatda 2000-2007-ci il təvəllüdlü qadın və kişi cüdoçular iştirak edəcəklər.
Çempionatın əsas məqsədi cəmiyyətdə sağlam həyat tərzinin formalaşması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Eyni zamanda istedadlı idmançıların aşkarlanması və milli yığmaya komandaya cəlb olunmasıdır.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Qarşılaşmalar hər gün saat 10:00-da start götürəcək. Arenaya giriş sərbəstdir.