Azərbaycan çempionatı: Lider ən yaxın izləyicisini qəbul edəcək
- 13 Mar 2024 17:45
- 216
Kişi həndbolçular arasında Azərbaycan çempionatında 14-cü turun oyunlarının vaxtı bəlli olub.
Rekord.az xəbər verir ki, martın 14-də çempionluğa iddia edən “Azəryol” autsayderlər zonasında qərarlaşan “Dinamo”nu sınağa çəkəcək. Qarşılaşma “AHF Arena”da təşkil olunacaq.
Martın 17-də isə liderlər üz-üzə gələcəklər. 19 xalla turnir cədvəlinə başçılıq edən “Kür” ən yaxın izləyicisi olan və ondan cəmi 1 xal az toplayan “Bakı”nı qəbul edəcək. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq qarşılaşmada paytaxt təmsilçisi qalib gələrsə, liderliyi ələ keçirəcək. Görüş federasiyanın rəsmi “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
14 mart
19:00. “Azəryol” – “Dinamo”
17 mart
14:00. “Kür” – “Bakı”