Azərbaycanda xüsusi karantin rejimi uzadılmasa və aprelin 20-də başa çatsa, PFL ölkə çempionatının bərpasını qısa müddətdə həyata keçirəcək.

Rekord.az-a daxil olan məlumata görə, hər şey yaxşı olacağı təqdirdə Premyer Liqaya mayın 1-də start veriləcəyi gözlənilir.

Oyunlar 3-4 gündən bir keçiriləcək. Ümumiyyətlə, çempionatın mayın 25-ə kimi başa çatdırılması planlaşdırılır.s