Voleybol üzrə Azərbaycan çempionatı start götürür. "Rekord.az xəbər verir ki, bu gün həm  qadınların Super Liqasında, həm də kişilərin Yüksək Liqasında oyunlar keçiriləcək.

İlk olaraq 2019/20 illər mövsümünün ilk oyunu baş tutacaq. Saat 14:00-da qadın voleybolçulardan ibarət  “Azərreyl” və “Abşeron”  komandaları üz-üzə gələcək. Bu görüşdən sonra Super Liqanın və Yüksək Liqanın açılış mərasimi keçiriləcək. Saat 16:00-da  isə kişi voleybolçulardan ibarət “Lokomotiv” və “Neftçi” komandaları qarşılaşacaqlar. 

Qeyd edək ki, bu mövsüm qadınların çempionatında 6, kişilər birinciliyində isə 7 komanda mübarizə aparır. Gürcüstanın həm qadın, həm də kişilərdən ibarət yığma komandaları da Azərbaycan birinciliyində iştirak edir.