Azərbaycan Premyer Liqasına azarkeşlərin buraxılıb-buraxılmaması məsələsi haqda qısa xəbər yazmışdıq və bildirmişdik ki, ən azı ilin sonuna kimi, azarkeşli oyuna ümid edə bilmərik.

Rekord.az məsələyə PFL-dən münasibət öyrənib.

Qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev bildirib ki, bu məsələ onların səlahiyyətində deyil: "Azarkeş məsələsi Operativ Qərargahın qəbul edəcəyi qərarlardan asılı olan məsələdir. Biz də istəyirik ki, oyunlarda azarkeşlər olsun. Amma dediyim kimi, məsələ bizim istəyimizlə həll olunmur. Dövlət səviyyəsində qəbul olunan qərarlara əməl etmək lazımdır. Hər şey müsbətə doğru getməkdə davam eləsə, bu məsələ də müzakirə olunacaq və müraciət hazırlanacaq Təbii ki, Operativ Qərargaha müraciət AFFA tərəfindən olunacaq".