Azərbaycan çempionatına Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstan gimnastları da qatılacaq
- 14 Fev 2024 21:00
- 286
Fevralın 15-16-da keçiriləcək batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyində 110-dək idmançı qüvvəsini sınayacaq.
Rekord.az xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində reallaşacaq yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi təmsilçilərinə, Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstan millilərinin üzvləri, eləcə də “Şevardeni” və Batumi klublarının gimnastları da qoşulacaqlar.
Turnirdə idmançılar fərdi və sinxron proqramda balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.