Həndbol üzrə 30-cu Azərbaycan çempionatına start verilib.

Rekord.az xəbər verir ki, yubiley mövsümündə ilk turun oyunları keçirilib.

Qarşılaşmalar “AHF Arena” və Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub. Kişilərin turnirində 7, qadınlarda isə 6 komanda mübarizəyə başlayıb.

Kişilərin yarışında “İdman Akademiyası” “Dinamo”nu 36:21, “Qarabağ” “Azəryol”u 25:22, “Kür” “Təhsil”i 50:17 hesabı ilə məğlub ediblər.

Qadınların çempionatında isə “İdman Akademiyası” “Bakı”ya 33:22, “Qarabağ” “Kür”ə 25:24 hesabı ilə qalib gəliblər.

2-ci turun oyunları noyabrın 18-19-da keçiriləcək.