Qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub.

Rekord.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılncoynatmanın şpaqa və sablya növləri üzrə Azərbaycan çempionatı keçirilib.

Yarışda ümumilikdə 84 qılıncoynadan iştirak edib.

Sablya (qadınlar)

1. Anna Başta
2. Valeriya Bolşakova
3. Səbinə Kərimova, Palina Kaspiaroviç

Sablya (kişilər)
1. Murad Əkbərov
2. Saleh Məmmədov
3. Abbas Hüseynov, Nahid Məmmədli

Şpaqa (qadınlar)
1. Azərin İdriszadə
2. Xədicə Həsənli
3. Mirnuray Abasova, Nəzrin Mehdiyeva

Şpaqa (kişilər)
1. Ruslan Həsənov
2. Xalid Əliyev
3. Barat Quliyev, Mirxətai Məmmədov

Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri diplom, medal və pul mükafatları ilə təltif olunublar.

Təltifetmə mərasimində Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, AQF-nin vitse prezidentləri Fikrət Zeynalov və Fərhad Kasimov iştirak edib.