Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.

Rekord.az xəbər verir ki, 15-17 dekabrda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

3 gün davam edən yarışda 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 296 (236 kişi, 60 qadın) cüdoçu güclərini sınayıb.

Çempionatın sonuncu günündə 6 çəki dərəcəsində 102 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında -73 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -57 kq., -78 kq. və +78 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarışın son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Atilla İdman Klubu, 2-ci yerə Neftçi İdman Klubu, 3-cü yerə isə Cüdo Klub 2012 layiq görülüb. 22 komanda müxtəlif əyarlı medal qazanıb.

Qaliblərin siyahısını təqdim edirik:

Qadınlar

-48 kq. 
1. Şəfəq Həmidova
2. Ramilə Əliyeva 
3. Xumar Qasımzadə
3. Leyla Dəmirova

-52 kq. 
1. Zeynəb Məmmədova
2. Nuray Quliyeva 
3. Ayşə Qurbanlı
3. Fəridə Mirzəyeva

-57 kq.
1. Elmira Mustafayeva
2. Nərgiz Hacıyeva
3. Fidan Qasımova
3. Nilgün Rzayeva

-63 kq. 
1. Leyla Hüseynova 
2. Kamilla Töhöliyeva
3. Diana Şoranova
3. Leyla Atayeva

-70 kq. 
1. Günel Həsənli
2. Pərvanə Abdullayeva
3. Səkinə Baxşıyeva
3. Aygül İsmayılova

-78 kq.
1. Fidan Tarverdiyeva
2. Nərmin Əmirli
3. Aysu Həsənova
3. Əsmər Əliyeva

+78 kq.
1. Nigar Süleymanova
2. Elnarə Rəşidova
3. Aytəkin Paşazadə
3. Kəmalə Hüseynova

Kişilər

-60 kq. 
1. Nazir Talıbov
2. Babarəhim Mirzəyev
3. Hüseyn Allahyarov
3. Kənan Hüseynov

-66 kq.
1. Rəşad Yelkiyev
2. Tofiq Məmmədov
3. Zahir Ağazadə
3. Kamran Süleymanov

-73 kq.
1. Rəşid Məmmədəliyev
2. İbrahim Əliyev
3. Süleyman Əliyev
3. Nurlan Osmanov

-81 kq. 
1. Məmmədrza Hacızadə
2. Kərim Allahverdiyev
3. Ömər Rəcəbli
3. Qədir Hüseynov

-90 kq. 
1. Elcan Hacıyev
2. Vüqar Talıbov
3. İbrahim Ağakişiyev
3. Şamil Tuncay

-100 kq.
1. Hüseyn Dadaşov
2. Rüfət İsmayılov
3. Əjdər Bağırov
3. Ruslan Nəsirli

+100 kq.
1. Camal Qamzatxanov
2. Ramazan Əhmədov
3. Kənan Nəsibov
3. Camal Feyziyev