Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start verilib.

Rekord.az xəbər verir ki, 41 komandanın 167 idmançısının qatıldığı yarışın üçüncü günündə 7 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib.

Qələbə qazananlar mərhələ adlamaqla yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Milli komandanın liderləri çətinlik çəkmədən yarımfinala yüksəliblər. Tural Sarıyev, Məsud Yusifzadə, Ümid Rüstəmov, Eldar Quliyev və Rauf Rəhimov dekabrın 7-də final üçün döyüşəcəklər.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın qaliblərinin adına dekabrın 8-də aydınlıq gələcək.

48 kq
Tural Sarıyev (“Neftçi” İK) – Ağası Əliyev (“Qızıl əlcək” İK) 5:0
Vüsal İsazadə (“Qızıl Əlcək” İK) – Həsən Malikov (“Neftçi” İK) – 0:5
Yusif Soltanov (“Qara papaq” İK) – Qubad Babazadə (DİN İC) – birinci tam üstünlüklə qalib gəlib

51 kq
Əli Hüseynov (“Neftçi” İK) – Əli Fətullayev (Şamaxı-Uğur K) – ikinci tam üstünlüklə qalib gəlib
Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK) – Emin Quliyev (Sumqayıt) – ikinci döyüşə gəlməyib
Qəyum Quliyev (Masallı) – Yadigar Əliyev (“Səbail” İK) – 0:5
Rəsul Rzalı (“Zərbə” BK) – Məsud Yusifzadə (BFL) – birinci döyüşə gəlməyib

57 kq
Kamil Babayev (METE) – Vüsal Əliyev (DİN İK) – ikinci döyüşə gəlməyib
Şamil Əsgərov (“Neftçi” İK) – Samir Rzayev (“Səbail” İK) – birinci tam üstünlüklə qalib gəlib
Ümid Rüstəmov (DİN İC) – Ülvi İmanov (“Səbail” İK) – ikinci döyüşə gəlməyib
Emil Quliyev (UGM-13) – Edvin Abbasov (Qəbələ) – 3:2

75 kq
Rasim Əliyev (“Qızıl əlcək” İK) – Novruzəli Quliyev (MİK) – 2:3
Ənvər Babayev (“Təhsil” RİM) – Rasim Çobanlı (MİK) – 0:5
Elnur Süleymanov (“Neftçi” İK) – İsmayıl Hüseynov (Cəlilabad) – 5:0
Fərhad Seyidov (MİK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 0:5

86 kq
Tərlan Məmmədov (“Neftçi” İK) – Seyid Seyidov (“Qızıl əlcək” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Vətən Hüseynli (DİN İC) – İbad Mirzəyev (UGM-13) – birinci tam üstünlüklə qalib gəlib
İbrahim İsmayılov (Z-1 İK) – Eldar Quliyev (“Neftçi” İK) – 0:5
Heydər Məmmədov (DİN İC) – Tural Useynov (“Neftçi” İK) – ikinci tam üstünlüklə qalib gəlib

92 kq
Aqil Hüseynov (“Qəbələ” İK) – Rauf Rəhimov (“Neftçi” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Rüfət Nəbiyev (DİN İC) – Ramiz Tarverdiyev (Naxçıvan MR) – birinci tam üstünlüklə qalib gəlib
Tural Həsənov (“Qızıl əlcək” İK) – Fuad Cəfərov (MİK) – 5:0
Mirxəyal Məmmədov (Gəncə) – Meraj Tağıyev (Sabirabad) – birinci tam üstünlüklə qalib gəlib

+92 kq
İsa Sulxayev (Zaqatala) – Fariz İsayev (“Qara papaq” İK) – 3:2
Pərviz Rəsulov (“Zərbə” BK) – Aslan Mövsümov (DİN İC) – birinci qalib gəlib
Kənan Həsənli (METE) – İsmayıl Yaqubov (“Səbail” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Yohanes Nuriyev (MİK) – Rüfət Hacıyev (BFL) – birinci tam üstünlüklə qalib gəlib