Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında ikinci dövrənin ikinci turuna start veriləcək.

Rekord.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.

“Xırdalan” “Atom”la üz-üzə gələcək. Turun qalan görüşləri isə dekabrın 7-də keçiriləcək.

Qeyd edək ki, ilk dövrədən sonra “Zirvə” 15 xalla zirvədə qərarlaşıb. “Sərkərdə”, “Atom" və "Gəncə" isə cəmi 2 xal fərqi ilə lideri izləyirlər.

Azərbaycan Super Liqası
9-cu tur

6 dekabr

18:00. Xırdalan - Atom

7 dekabr

14:30. Sıçrayış - Atletik

16:30. Zirvə - 80-lər

18:30. Sərkərdə - Gəncə

Zirvə – 15, Atom – 13, Gəncə – 13, Sərkərdə – 13, Atletik – 12, Xırdalan – 11, Sıçrayış – 11, 80-lər – 8.