Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti matç keçirilib. "Rekord.az" xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində Gürcüstan komandası ikinci sınağında UNEC-lə üz-üzə gəlib. 

Azərbaycan təmsilçisi ilk seti 25:22 hesabı ilə qalib gəldikdən sonra eyni hesabla da uduzub. Üçüncü hissədə də eyni hesab qeydə alınıb. Bu dəfə də qonaqlar sevinən tərəf olublar. Dördüncü hissədə UNEC 25:19 hesabı ilə qələbə qazansa da, tay-brekdə 7:15 hesabı ilə məğlub olub. 

Nəticədə Gürcüstan komandası mövsümdə ilk qələbəsini (3:2) qazanıb. Onlar iki xala yiyələnib 5-ci pillədə qərarlaşdıqları halda, sonuncu olan UNEC aktivinə 1 xal yazdırıb.