Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.  "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqada  XIX turun bir oyunu Gəncədə, iki oyunu isə Bakıda baş tutub. 

İlk olaraq Gəncə İdman Sarayında UNEC və “Gəncə” komandaları üz-üzə gəliblər. Qarşılaşma “Gəncə” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər qarşılaşmaları isə GİN-in Voleybol Mərkəzində təşkil olunub. Burada “AZERRAIL” - “Abşeron”la, “Murov Az Terminal” isə “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib. “Abşeron” klubu “AZERRAIL”i 3:0, “Murov Az Terminal” isə “Milli Aviasiya Akademiyası”nı 3:2 hesabları ilə məğlub ediblər. 

Yüksək Liqa 

9 aprel

XIX TUR

   UNEC - “Gəncə”  0:3 (17:25, 14:25, 19:25)

   “AZERRAIL” - “Abşeron” 0:3 (21:25, 15:25, 16:25)

   “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” 3:2 (25:21, 16:25, 27:25, 18:25, 15:12)