Azərbaycan çempionatında finalçılar bəlli oldu
- 04 Dek 2019 22:02
- 995
Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına start verilib.
Rekord.az xəbər verir ki, ilk yarış günündə 156 yunan-Roma güləşçisi mübarizə aparıb, bütün çəkilərdə finalçılar müəyyənləşib.
Təsəlliverici qarşılaşmalar da bu gün keçirilib. Sabah axşam seansında baş tutacaq finallarda 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-da ölkə çempionları müəyyənləşəcək.
55 kq
1/2 final: Ziyad Zeynalov (Neftçi) – Zülfüqar Əliyev (Sumqayıt-Təhsil) 8:4
1/2 final: Azər Nəsibli (Sumqayıt-Təhsil) – İbrahim Nurullayev (MOİK) 4:8
60 kq
1/2 final: Emil Əsgərov (Pəhləvan) – Sakit Quliyev (Neftçi-MOİK) 0:8
1/2 final: Murad Bazarov (MOİK) – Rəvan Rəcəbov (Sumqayıt-Təhsil) 8:0
63 kq
1/2 final: Murad Məmmədov (“Neftçi”-MOİK) – Zaur Nuriyev (Məhsul) 5:1
1/2 final: Taleh Məmmədov (“Neftçi”-“Gömrükçü”) – Elşad Məmmədov (Gömrükçü) 5:4
67 kq
1/2 final: Mikayıl Rəhmanov (MOİK) – İslambek Dadov (Atasport) 2:5
1/2 final: Namaz Rüstəmov (Gömrükçü) – Kərim Cəfərov (Gömrükçü) 5:4
72 kq
1/2 final: Sənan Süleymanov (Neftçi) – Ruhin Mikayılov (Neftçi) 13:3
1/2 final: Azad Əliyev (Gömrükçü) – Ülvi Qənizadə (Neftçi-MOİK) 1:6
77 kq
1/2 final: Rüstəm Əliyev (DİN) – Natiq Maşanov (Şirvan) 9:0
1/2 final: Şirxan Quliyev (MOİK) – Tuncay Vəzirzadə (Neftçi) 0:4
82 kq
1/2 final: Elvin Mürsəliyev (Neftçi) – Elməddin Ramazanov (Neftçi) 8:0
1/2 final: Şəmistan Quluzadə (Pəhləvan) – Nicat Abdullayev (MOİK) 1:3
87 kq
1/2 final: İslam Abbasov (Qubadlı-Neftçi) – Aslan Məmmədli (DİN) 9:0
1/2 final: Məhəmməd Əhmədiyev (Sərhədçi) – Eltun Vəzirzadə (Neftçi) 4:12
97 kq
1/2 final: Orxan Nuriyev (Neftçi) – Niyaməddin İbrahimov (Spartak) 9:0
1/2 final: Arif Niftullayev (Neftçi-MOİK) – Zamir Məhəmmədov (Atasport) 2:2*
130 kq
1/2 final: Oyan Nəzəriani (Atasport) - Adəm Cəlilov (Zenit) 5:0
1/2 final: Beka Kandelaki (Atasport) – Anton Botev (Atasport) 9:0