Şahmat üzrə Azərbaycan çempionatında ilk 1/4 finalçılar müəyyənləşib.


Rekord.az Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, kişi şahmatçıların yarışında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Aydın Süleymanlı növbəti mərhələyə vəsiqə qazanıb.


1/8 final, cavab oyunları

Kişilər


Fərid Abbasov – Şəhriyar Məmmədyarov - 0:1 (ümumi hesab 0:2)


Teymur Rəcəbov – Namiq Quliyev - 0,5:0,5 (1,5:0,5)


Vüqar Rəsulov – Rauf Məmmədov - 0:1 (0,5:1,5)


Aydın Süleymanlı – Riad Səmədov - 0,5:0,5 (1,5:0,5)


Məhəmməd Muradlı – Nicat Məmmədov - 0:1 (1:1)


Vasif Durarbəyli – Əhməd Əhmədzadə - 0,5:0,5 (1:1)


Vüqar Əsədli – Eltac Səfərli - 0,5:0,5 (1:1)


Misrətdin İsgəndərov – Nicat Abasov - 0,5:0,5 (1:1)


Qadınlar


Lalə Hüseynova – Günay Məmmədzadə - 1:0 (ümumi hesab 1:1)


Gövhər Beydullayeva – Səbinə Rzalı - 1:0 (2:0)


Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva - 0:1 (0:2)


Xanım Balacayeva – Ləman Hacıyeva - 1:0 (2:0)


Mələk İsmayıl – Gülnar Məmmədova - 0:1 (0:2)


Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova - 0,5:0,5 (0,5:1,5)


Nərmin Kazımova – Türkan Məmmədyarova - 0:1 (1:1)


Nərmin Abdinova – Səbinə İbrahimova - 0:1 (0,5:1,5)


Beləliklə bu gün Azərbaycan çempionatında növbəti tay-brek görüşləri olacaq.


Kişilərin yarışında Misrətdin İskəndərov-Nicat Abasov, Vasif Durarbəyli -Əhməd Əhmədzadə, Vüqar Əsədli-Eltac Səfərli və Məhəmməd Muradlı-Nicat Məmmədov arasında həlledici partiyalar oynanılacaq.


Qadınların çempionatında isə Lalə Hüseynova-Günay Məmmədzadə və Nərmin Kazımova-Türkan Məmmədyarova mübarizəni davam etdirmək uğrunda yarışacaq.


Qeyd edək ki, 1/8 finalın ikinci oyun günündə rəmzi ilk gedişi əməkdar artist, “Bakılı Oğlanlar” ŞHK-nın üzvü, naşir Bəhram Bağırzadə reallaşdırıb.