Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşdi
- 25 Yan 2025 22:52
- 80
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
Rekord.az Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə körpücük üzərinə qadın idmançılar çıxıb.
İlk gündə Nuray Əbilova (45 kq), Nazilə Məmmədova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59), Lalə Əzizli (64 kq), Aytən Əliyeva (71 kq), Arzu Qədiomova (76 kq) Rahilə Hüseynzadə (81 kq), Ələmgül Yusifzadə (87 kq), Mələk Hüseynli (+87 kq) Azərbaycan çempionu adını qazanıblar.
Şüvəlanda yerləşən ağırlıqqaldırma akademiyasında təşkil olunan və bu gün startı verilən yarışa sabah yekun vurulacaq.