Azərbaycan çempionatında ilk günün qalibləri
- 17 Mar 2022 00:15
- 563
Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatının birinci günündə çoxnövçülük yarışlarında qaliblər müəyyənləşib.
Rekord.az xəbər verir ki, böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qrupunda Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova Azərbaycan çempionu olub.
Arzu Cəlilova yarışı gümüş, İlona Zeynalova isə bürünc medalla kifayətlənib.
2007-2009-cu illər təvəllüdlü gənc gimnastların mübarizəsində Mədinə Dəmirova bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu olub. Gövhər İbrahimova yarışı gümüş, Məryəm Əliyeva isə bürünc medalla başa vurublar.