Cari mövsüm basketbol üzrə Azərbaycan çempionatında əsl canlanma var. Xüsusilə Gəncə, Astara, Şəki kimi bölgələrin çempionatda təmsil olunması da birinciliyə əlavə rəng qatır. Hazırda ölkə çempionatında 8 komanda mübarizə aparır.

Lakin Rekord.az-ın əldə etdiyi məlumata görə, növbəti mövsümdən komanda sayının artırılması nəzərdə tutulub.

Federasiya daha iki komanda da əlavə etməklə, çempionatdakı komanda sayını 10-a yüksəltmək istəyir.