Müasir futbolda nadir hörmət nümunəsi olan jest qeydə alınıb.

Rekord.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında "Zirə"nin milliləşdirilmiş futbolçusu Riçard Almeyda rəqib komanda olan "Neftçi"ninqvineyalı legioneri Mamadu Kanenin butsunu bağlayıb.

Ölkə çempionatında baş verən bu jest Rusiyanın məşhur "sports.ru" idman portalında dərc edilib və böyük marağa səbəb olub.