
Azərbaycan çempionatının açılış matçında topa ilk zərbəni qazilər vurdu
- 14 Sen 2021 18:30
- 542
Futbol üzrə Azərbaycan Birinci Divizionunda "Kəpəz" və "Qəbələ-2" komandaları arasındakı mövsümün açılış oyununda anlamlı jest edilib.
Rekord.az xəbər verir ki, görüşdə topa ilk zərbəni qazilər vurub.
Onlar Vətən Müharibəsi iştirakçıları - "Kəpəz"in sabiq futbolçusu Talib Bayramov və Gəncə təmsilçisinin azarkeşi Sərxan Yolçuyev ilə Tural Xanəliyev olub.