Azərbaycan çempionatının bombardiri Maldiv adalarında oynaya bilər
- 08 Okt 2021 14:00
- 609
"Bakı"nıb sabiq hücumçusu Nurlan Novruzov karyerasını Maldiv adalarında davam etdirə bilər.
Rekord.az xəbər verir ki, 2015-ci ildə Azərbaycan çempionatının bombardiri olmuş futbolçunun xidmətində sözügedın ölkənin klubları maraqlıdır.
Daha doğrusu, meneceri Nurlanın xidmətini Maldiv adalarından olan bir neçə kluba təklif edib vı onlar da bu keçidə isti baxıb. Futbolçuya başqa təkliflər də olduğundan qərar verməyə tələsmir.
Qeyd edək ki, Novruzovun sonuncu klubu Nepalın "Lalitpur Siti" klubu olub. O, may ayında Nepal təmsiliçisindən ayrılandan sonra hələ də klubsuzdur.