Kişi həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin növbəti oyunları keçirilib.


Rekord.az xəbər verir ki, 1-4-cü yerlər uğrunda yarışan "Qarabağ"la "Bakı"nın görüşündə nominal qonaqlar 36:24 hesabı ilə qalib gəliblər.


Günün digər oyununda isə "Kür" "Azəryol"a məğlub olub - 36:33.


Hər iki qarşılaşma "AHF Arena"da keçirilib.