Kişi boksçular arasında Azərbaycan çempionatına start verilib.

Rekord.az xəbər verir ki, 41 komandanın 167 idmançısının qatıldığı yarışın ilk günündə 31 döyüş baş tutub.

9 çəki dərəcəsində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib. Yığma üzvlərindən Məsud Yusifzadə, Ümid Rüstəmov, Rəşid Həsənov və Sərxan Əliyev ilk döyüşündə qalib gəliblər. Həmçinin Şəmsi Şahbazovla Kamran Şahsuvarlı da rəqiblərini məğlub ediblər.

Azərbaycan çempionatı
1/16 final

60 kq
Eldəniz Baxşiyev (DİN İC) – Nicat Məmmədov (Xaçmaz) – birinci tam üstünlüklə qalib gəlib
Ülvi Mirzəyev (UGM-13) – Amin Cəbrayılov (Şabran) – ikinci döyüşə gəlməyib
Tofiq Quliyev (Gəncə) – Nadir Məlikov (METE) – 0:3

63,5 kq
Tamerlan Əliyev (“Zabit” İK) – Nəriman Vəliyev (Sumqayıt) – birinci tam üstünlüklə qalib gəlib

67 kq
Pərviz Quliyev (Ağcabədi) – Bahadur Əhmədov (METE) – birinci tam üstünlüklə qalib gəlib
Mehdi Həsənov (“Zabit” İK) – David Məmmədov (BFL) – ikinci döyüşə gəlməyib
Cavidan Sərdarov (Sumqayıt) – Şəmsi Şahbazov (MİK) – 0:5
Nazim Abazarlı (Naxçıvan MR) – Ağamusa İsakov (Qusar) – 4:1

75 kq
Elnur Süleymanov (“Neftçi” İK) – Səməd Həsənzadə (Sabirabad) – 5:0
Kamran İbrahimov (MİK) – Taleh Əliyev (888 BK) – birinci tam üstünlüklə qalib gəlib
Daniel Xolostenko (“Qızıl əlcək” İK) – İsmayıl Hüseynov (Cəlilabad) – 0:5
Şamil Fərruxov (“Neftçi” İK) – Orxan Cavadov (Şirvan) – 5:0
Fərhad Seyidov (MİK) – Elvin Qəmbərov (“Neftçi” İK) – 4:1
Tacı Tağızadə (BFL) – Sübhi Həbibov (DİN İC) – birinci tam üstünlüklə qalib gəlib
Hacımurad Aşurov (QARPA) – Babək Xanlarov (Abşeron) – birinci tam üstünlüklə qalib gəlib
Kamran Şahsuvarlı (“Qəbələ” İK) – Fərid Bəylərov (Sumqayıt) – birinci tam üstünlüklə qalib gəlib

1/8 final
51 kq
Məsud Yusifzadə (BFL) – Tacəddin Məmmədov (“Neftçi” İK) – 5:0

54 kq
Namik Yarəliyev (Qəbələ) – Əhməd Əhmədov (“Neftçi” İK) – 5:0
Mirzağa Hüseynli (“Cənub” İK) – Camal Səfərli (Lənkəran) – 5:0

57 kq
Ümid Rüstəmov (DİN İC) – Nicat Mirzəyev (“Abşeron” İK) – birinci tam üstünlüklə qalib gəlib
Elvin Ağayev (Şirvan) – Ülvi İmanov (“Səbail” İK) – 2:3
Emil Quliyev (UGM-13) – Rəhim Əsədov (Ağcabədi) – 5:0
Alişan İsmayılov (Naxçıvan MR) – Edvin Abbasov (Qəbələ) – ikinci tam üstünlüklə qalib gəlib

71 kq
Rəşid Həsənov (“Raund” İK) – Hüseyn Mustafazadə (“Naxçıvan” İK) – ikinci zədələndiyi üçün döyüşü davam etdirə bilməyib
Eyvaz Qurbanlı (Z-1 İK) – Elnur Abdullazadə (“Neftçi” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Nicat Həsənov (“Qızıl əlcək” İK) – Əli Şəfizadə (Sumqayıt) – birinci tam üstünlüklə qalib gəlib
Rafiq Qəniyev (DİN İC) – Xanbala Qurbanov (Qəbələ) – ikinci tam üstünlüklə qalib gəlib
Sərxan Əliyev (MİK) – Toğrul Mehdiyev (“Cənub” İK) – birinci tam üstünlüklə qalib gəlib

+92 kq
Emil Nəcəfov (Quba) – İsmayıl Yaqubov (“Səbail” İK) – birinci döyüşə gəlməyib
Mircəfər Ağayev (AzTU) – Yohanes Nuriyev (MİK) – birinci döyüşə gəlməyib
Xəqani Abdullayev (Z-1 İK) – Rüfət Hacıyev (BFL) – 1:4

Qeyd edək ki, ölkə çempionatına dekabrın 8-də yekun vurulacaq.