Bakının "Azəryol" və Serbiyanın qadın voleybolçulardan ibarət yığmasının sabiq üzvü Jovana Brakoçeviçin karyerasını harada davam etdirəcəyi bəlli olub. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçu Polşanın "Chemik Police" klubu ilə razılığa gəlib.

Bir neçə il əvvəl Azərbaycan birinciliyində çıxış etmiş 32 yaşlı 196 sm boya malik voleybolçu ən azı bir il Polşa təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Brakoçeviç 2014/2015 illər mövsümündə "Azəryol"un şərəfini qoruyub. O, bu komandayla ölkə birinciliyinin gümüş mükafatını qazanıb. Jovana son mövsümü isə İtaliyanın "Novara" klubunda keçirib.