Azərbaycan çempionatının qalibi bəlli oldu
- 23 May 2022 21:20
- 578
Qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə 5 xal toplayıb və karyerasında ilk dəfə qadınlar arasında Azərbaycan çempionu olub.
Turnirin sürpriz iştirakçısı Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələyib. Nəticədə o, 4.5 xalla karyerasında ilk dəfə çempionatın mükafatçısına çevrilib. Ləman Hacıyeva gümüş medala sahib çıxıb.
Ülviyyə Fətəliyeva qara fiqurlarla Xanım Balacayevanı məğlub edib. Yekun sıralamada 4 xalla Ülviyyə Fətəliyeva yarışı üçüncü pillədə başa vurub.
Son turda Ayan Allahverdiyevanı üstələyən ötən ilin çempionu Gülnar Məmmədova bu dəfə yarışda 4-cü olub.
Dairəvi sistem üzrə təşkil olunan yeddi turdan ibarət çempionatın mükafat fondu 11 400 manat təşkil edib. Qalib 4000 manat pul mükafatı əldə edib.