Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. Rekord.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 100 boksçusu qüvvəsini sınayıb. 5 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan çempionatda bu gün final görüşləri keçirilib. Həlledici döyüşlərdə qalib gələn Həsən Məlikov, Məsud Yusifzadə, Ruslan Qədirov, Ümid Rüstəmov, Tayfur Əliyev, Malik Həsənov, Nəbi İsgəndərov, `Niyaməddin Allahverdiyev, Mirşərif Kazımzadə, Murad Allahverdiyev, Eldar Quliyev, Rauf Rəhimov və Məhəmməd Abdullayev çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu birinci yeri tutub. İkinci pilləyə BFL yiyələndiyi halda, “üçlüy”ü “Qızıl Əlcək” qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Niyaməddin Allahverdiyev layiq görülüb. Rəhim Əliyev ən əzmkar idmançı seçilib. Elxan Quliyevlə Etibar Alıyev ən yaxşı hakim, Albert Qəribov (Gəncə) və Rafiq İsmayılov (“Neftçi” İK) isə ən yaxşı məşqçi adına layiq görülüb.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan çempionatı

48 kq
Həsənağa İbrahimli (MOİK) – Həsən Məlikov (BFL) – 0:5

51 kq
Məsud Yusifzadə (BFL) – Nihad Ağakişiyev (“Neftçi” İK) – 5:0

54 kq
Əhməd Əhmədov (“Məhsul” İC) – Ruslan Qədirov (MOİK) – ikinci tam üstünlüklə qalib gəlib

57 kq
Ümid Rüstəmov (DİN İK) – Maqsud Xasmetov (“Abşeron” İK) – 5:0

60 kq
Tayfur Əliyev (Naxçıvan) – Fuad Tarverdi (“Qızıl Əlcək” İK) – 5:0

63,5 kq
Ruslan Rüstəmov (BFL) – Malik Həsənov (“Neftçi” İK) – 0:5

67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) – Pərvin Heydərov (“Qızıl Əlcək” İK) – 5:0

71 kq
Niyaməddin Allahverdiyev (Gəncə) – Rəşid Həsənov (BFL) – 5:0

75 kq
Mirşərif Kazımzadə (“Zabit” İK) – Rəhim Əliyev (“Qızıl Əlcək” İK) – 3:2

80 kq
Murad Allahverdiyev (“Neftçi” İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 4:1

86 kq
Eldar Quliyev (“Neftçi” İK) – Sürət Qarayev (“Səbail” İK) – 5:0

92 kq
Rauf Rəhimov (“Neftçi” İK) – Tural Həsənov (Z-1 İK) – 5:0

+92 kq
İsmayıl Yaqubov (“Neftçi” İK) – Məhəmməd Abdullayev (BFL) – 0:5

Bütün mükafatçılar

48 kq
1. Həsən Məlikov (BFL)
2. Həsənağa İbrahimli (MOİK)
3. Yadigar Əliyev (DİN İK)
3. Cahangir Allahverdiyev (Z-1 İK)

51 kq
1. Məsud Yusifzadə (BFL)
2. Nihad Ağakişiyev (“Neftçi” İK)
3. Nicat Abibov (FHN)
3. Qəyyum Quliyev (Masallı)

54 kq
1. Ruslan Qədirov (MOİK)
2. Əhməd Əhmədov (“Məhsul” İC)
3. Ramazan Babayev (DİN İK)

57 kq
1. Ümid Rüstəmov (DİN İK)
2. Maqsud Xasmetov (“Abşeron” İK)
3. Əzrək Bəbirov (BFL)
3. Nihat Abdullayev (“Qızıl Əlcək” İK)

60 kq
1. Tayfur Əliyev (Naxçıvan)
2. Fuad Tarverdi (“Qızıl Əlcək” İK)
3. Ramazan Abdullayev (Balakən)
3. Cavad Aslanov (Şabran)

63,5 kq
1. Malik Həsənov (“Neftçi” İK)
2. Ruslan Rüstəmov (BFL)
3. Həsən İbrahimov (“Kür” İK)
3. Cəlal Qurbanov (“Səbail” İK)

67 kq
1. Nəbi İsgəndərov (“Neftçi” İK)
2. Pərvin Heydərov (“Qızıl Əlcək” İK)
3. Cavid Çələbiyev (“Qəbələ” İK)
3. Elməddin İsmayılov (“Zenit” İC)

71 kq
1. Niyaməddin Allahverdiyev (Gəncə)
2. Rəşid Həsənov (BFL)
3. Nicat Həsənov (BFL)
3. Xəzər Əliyev (“Qəbələ” İK)

75 kq
1. Mirşərif Kazımzadə (“Zabit” İK)
2. Rəhim Əliyev (“Qızıl Əlcək” İK)
3. İsmayıl Hüseynov (BFL)
3. Rasim Çobanzadə (MOİK)

80 kq
1. Murad Allahverdiyev (“Neftçi” İK)
2. Kamran Şahsuvarlı (“Qəbələ” İK)
3. Elmir Süleymanov (BFL)
3. Fərid Qəribov (“Qızıl Əlcək” İK)

86 kq
1. Eldar Quliyev (“Neftçi” İK)
2. Sürət Qarayev (“Səbail” İK)
3. Rüfət Nəbiyev (Ağdaş)
3. Heydər Məmmədov (Gəncə)

92 kq
1. Rauf Rəhimov (“Neftçi” İK)
2. Tural Həsənov (Z-1 İK)
3. Nurxan Nurlu (“Qəbələ” İK)
3. Fuad Cəfərov (“Səbail” İK)

+92 kq
1. Məhəmməd Abdullayev (BFL)
2. İsmayıl Yaqubov (“Neftçi” İK)