Azərbaycan çempionatının qalibləri bəlli oldu
- 23 May 2022 17:16
- 507
Kikboksinq üzrə 26-cı Azərbaycan çempionatının qalibləri bəlli olub.
Rekord.az xəbər verir ki, Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən yarışda kişilər və qadınlar arasında kikboksinqin “Low Kick” və “Full Contact” versiyaları üzrə 29 final baş tutub.
12 seçilmiş finaldan ibarət qala gecə möhtəşəm və gərgin keçən döyüşlərlə zəngin olub.
Səkkiz qızıl medal qazanan DİN İdman Cəmiyyəti birinci yeri tutub. Bu komandanın baş məşqçisi Hikmət Hacıyevə kubok verilib. Rəhim Allahverdiyevin baş məşqçisi olduğu “Qızıl Əlcək” klubu ikinci, Eduard Məmmədovun baş məşqçisi olduğu ZV Döyüş Akademiyası isə üçüncü olub.
Beləliklə, Azərbaycan çempionları 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəylik Oyunlarında ölkəmizi təmsil etmək hüququ əldə edib.
Kişilər
Low Kick
-51 kq. Nihad Tağızadə (“Qızıl Əlcək”)
-54 kq. Mahmud Hüseynov (DİN İC)
-57 kq. Anar Məmmədov (“ZV Fight Academy”)
-60 kq. Qiyas Şahmərdanov (“ZV Fight Academy”)
-63.5 kq. Arzuman Qədimov (Naxçıvan)
-67 kq. Qəşəm Məmmədov (“Sərhədçi”)
-71 kq. Rəhim Əliyev (“Qızıl Əlcək”)
-75 kq. Ramal Aslanov (DİN İC)
-81 kq. Elcan Alkişiyev (“Sərhədçi”)
-86 kq. Bəybala Quliyev (“Firdovs”)
-91 kq. Orxan Məlikov (Naxçıvan)
+91 kq. Bəhram Rəcəbzadə (“Altın Qurd”)
Full Contact
-51 kq. Amil Məmmədov (DİN İC)
-54 kq. Camal Məmmədov (DİN İC)
-57 kq. Məhəmməd İmanov (DİN İC)
-60 kq. Ramiz Məmmədov (“Neftçi”)
-63.5 kq. Fərid Ağamoğlanov (“ZV Fight Academy”)
-67 kq. Pərvin Heydərov (“Qızıl Əlcək”)
-71 kq. Elxan Əliyev (“Olimpiya” Samux)
-75 kq. Saqi Salehli (DİN İC)
-81 kq. Alim Nəbiyev (“Zabit Səmədov” döyüş klubu)
-86 kq. Elvin Ağayev (H.H 88)
-91 kq. Sürət Qarayev (DİN İC)
+91 kq. Səid Kazımov (“Zabit Səmədov” döyüş klubu)
Qızlar
Low Kick
-48 kq. Fatma Rəcəbzadə (“Altın Qurd”)
-52 kq. Fəridə Abdullayeva (“Kobra”)
-56 kq. Aysu Devrişova (H.H 88)
-60 kq. Tulin Ələkbərova (DİN İC)
-65 kq. Esmira Mehdiyeva (“Zabit Səmədov” döyüş klubu)