Azərbaycan çempionatının səviyyəsi gözlədiyimdən də yüksəkdi - MÜSAHİBƏ
- 06 Noy 2024 12:00
- 358
"Sumqayıt" yeni transferi, Özbəkistan millisinin futbolçusu Cəsurbek Cəloliddinov Rekord.az-a müsahibə verib:
- "Sabah"la oyunda "Sumqayıt"ın heyətində debüt elədin. Öncə təəssüratlarını öyrənək.
- Təəssüratım çox yaxşıdı. Çempionatın ən güclü komandalarından birini məğlub etdik və çox vacib 3 xal qazandıq.
- Meydançada az vaxt keçirsən də, Azərbaycan çempionatının səviyyəsi haqda gözləntin özünü doğurultdu?
- Bəli, təbii ki. Azərbaycan çempionatının səviyyəsi gözlədiyimdən də yüksəkdi.
- Növbəti oyunlarda daha çox oynamaq üçün nə etməlisən?
- Bunun üçün öz üzərimdə daha çox işləməliyəm.
- Azərbaycana gəlməkdə əsas hədəfin nədir? Asiya konfederasiyasına daxil olan ölkədən UEFA zonasına keçid gələcəkdə Avropa klublarına keçidinə yol aça bilər?
- Təbii ki, ilk növbədə futbolçu kimi böyümək lazımdır. Bundan sonra Avopa klublarına da yolun açıla bilər. Çünki avrokuboklarda oynamaqla bu imkanı əldə etmək olar.