Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatlarında 3-cü turun təqvimi bəlli olub.

Rekord.az xəbər verir ki, noyabrın 25-də üç, ertəsi gün iki oyun keçiriləcək.

İlk günün görüşləri “AHF Arena” İdman Kompleksində, noyabrın 26-dakı qarşılaşmalar isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək kişilərin “Kür” - “Qarabağ” oyunu Azərbaycan Həndbol Federasiyasının rəsmi feysbuk səhifəsində və yutub kanalında canlı yayımlanacaq.

3-cü tur

Kişilər
25 noyabr
12:00. “İdman Akademiyası” – “Azəryol”
14:00. “Bakı” – “Dinamo”
26 noyabr
16:00. “Kür” – “Qarabağ”

Qadınlar
25 noyabr
10:00. “Azəryol” – “İdman Akademiyası”
26 noyabr
14:00. “Kür” – “Bakı”