
Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu
- 14:00
- 41
Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb.
Rekord.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXXII turunun 4 matçı heç-heçə bitib.
“Turan Tovuz” – “Şamaxı”, “Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ” görüşləri 1:1, “Sumqayıt” – “Neftçi” qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Yalnız “Kəpəz” – “Zirə” oyununda (0:1) qalib müəyyənləşib.
Bir turda 4 heç-heçə sonuncu dəfə 2013/2014 mövsümündə qeydə alınıb.
2014-cü il fevralın 23-də eyni gündə keçirilən 5 matçın dördündə qalib müəyyənləşməyib. Həmin gün “Qarabağ” – “Simurq” və “Qəbələ” – “Rəvan” oyunları qolsuz bitibsə, “İnter” – “Bakı” matçında 1:1, AZAL – “Xəzər Lənkəran” görüşündə 2:2 hesabı qeydə alınıb. “Sumqayıt” isə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.