
Azərbaycan çempionatlarında yeni rekord
- 30 Mar 2025 11:20
- 79
Misli Premyer Liqasının 28-ci turunda “Sumqayıt”ın qonağı olan “Sabah” səfərdə 3:3 hesablı heç-heçəyə imza atıb.
Rekord.az xəbər verir ki, bu, Bakı klubunun mövsümdə 15-ci bərabərliyi olub.
Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.
Bunadək rekord hərəyə 14 sülhə imza atan “Neftçi” (2009/10), “Bakı” (2012/13) və “Zirə”yə (2020/21) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.