«Qaradağ Lökbatan» rəhbərliyi Nazim Əliyevlə yolları ayırıb.

Rekord.az xəbər verir ki, I Divizion təmsilçisi ötən mövsüm sükan arxasına gətirdiyi mütəxəssislə müqaviləni uzatmağı lazım bilməyib.

Buna səbəb komandanın uğursuz nəticələr əldə etməsidir. "Qaradağ Lökbatan" 26 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb ki, bu da klubun kuratoru Sadıq Sadıqovu razı salmayıb.

Qeyd edək ki, Nazim Əliyev bütün Azərbaycan çempionatlarının ən çox qol vuran futbolçusudur.