UEFA Çempionlar Liqasının 2024/2025-ci il mövsümündə mübarizəyə ilkin mərhələdən başlayacaq “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə B yolunda 5-ci qrupda yer alacaq.

Rekord.az xəbər verir ki, rəqiblər “Etoile Lavalloise” (Fransa) və “Stalitsa Minsk” (Belarus) ilə yanaşı ilkin mərhələnin B qrupunun (“Minerva” (İsveçrə), “Amiqo Northvest” (Bolqarıstan), “Fiorentina” (San Marino) və “Cymru” (Uels) qalibi olacaq.

Bu mərhələnin oyunları oktyabrın 22-dən 27-dək Fransada keçiriləcək. Bu qrupdan elit-raunda turnir cədvəlini birinci pillədə başa vuracaq komanda yüksələcək. 

“Araz-Naxçıvan” ilkin mərhələdə Uddevalla (İsveç), Sillamae Silla (Estoniya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə təşkil olunacaq.