![photo](https://www.rekord.az/storage/uploads/5/futzal-11.jpg)
Azərbaycan çempionu ÇL üçün sifariş ərizəsini UEFA-ya təqdim etdi
- 18 Avq 2023 12:30
- 274
Gələn həftə UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya təqdim edib.
Rekord.az xəbər verir ki, baş məşqçi Vitali Borisov ikisi qapıçı olmaqla 14 futzalçını səfərə aparacaq.
İştirak ərizəsinə bu futzalçıların adları daxil edilib:
Qapıçılar: 1. Emin Kürdov, 12. Luka Pavloviç
Oyunçular: 3. Tofiq Mikayılov, 6. Ninoslav Aleksiç, 7. Lukas Freitas, 8. Felipinyo, 9. Lazer Milosavljeviç, 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 15. Erik Lopes, 20. Amadeu, 21. Katatau.
Qeyd edək ki, bu qrupun oyunları Latviyada keçiriləcək:
“Araz-Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə)
23 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00
“Yan Regensburq” (Almaniya) – “Araz-Naxçıvan”
24 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00
Riqa (Latviya) - “Araz-Naxçıvan”
26 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 18:00